Haqqımızda

«Aquatic Palace» çoxfunksiyalı idman kompleksi idmançılara, idman azarkeşlərinə, həvəskar idmançılara, sağlam həyat tərzi keçirən boyüklər, və uşaqlara, idmanla məşqul olmaq üçün yeni imkanlar və əhatə dairəsi yaradır. 2500 kv.m əhatə edən fitnes mərkəzinə yoqa, pilates, rəqs, zumba, sayklinq kimi 8 universal idman zalı daxildir.

Həmçinin digər idman məşqlərinə 1500 kv.m sahə ayrilib.

Aquatic Palace layihəsi ispan memarı Kim Piolom tərəfindən yaradılıb.Olimpiya kompleksinin əsas özəlliyi onun tavan hissəsinin şüşədən ibarət olmasıdır ki, buda kompleksin icərisini uzun müddətli təbii işıqla təmin edir.Ölkədə analoqu olmayan universal üzgüçülük hovuzları həm peşəkar,həm də həvəskar idmançilara istifadə etmək ücün təqdim olunur.

Hovuzlar Avropa və Dünya standartlarına cavab verir.Hovuzların suyu xususi muasir avadanlıqlarla təmizlənir və daima sanitar-gigiyenik təhlükəsizlik qaydaları təmin olunur.

Su iki üsulla təmizlənir:fiziki-Perlit və kimyəvi üsulla Kimyəvi yolla təmizlənmə prosesində kompüter vasitəsilə təmizləyici tərkibə xüsusi su təmizləyici maddə əlavə olunur.Suyun tərkibi elə bir maksimal səviyyədə saxlanılır ki, insanin saclarına, dərisinə və ən əsası səhhətinə zərər erməsin. Bizim kompleksdə uşaqlara gələcəyin həvəskar və potensial idnmançisı kimi böyük diqqət ayrılır.

Peşəkar məşqçilərin rəhbərliyi ilə 6-15 yaşlı uşaqlar üçün qrup dərsləri yaradılmışdır. Kompleksdə bizim qonaqları məmnun edəcək gözəllik salonu, hər çür buxar və çox funksiyalı duş kabinələri ilə təmin olunmuş spa-mərkəzi, terapevt və masaj otağı fəaliyyət gostərir. Valideyinlərlə gəlmiş körpələr də bizim diqqətimizdən kənarda qalmır.Körpələr üçün animator və tərbiyəçilərlə təmin olunmuş xüsüsi uşaq zalı yaradılıb ki, onlar bizim kompleksin xidmətlərindən istifadə edərək vaxtlarıni maraqlı keçirməklə öz valideyinlərini gözləyə bilerlər.

«Aquatic Palace» restoraninda sizə klassik yemeklər, sizin saglam həyat tərzinizin əsasını təşkil edən pəhriz yeməkləri daxil edilmiş menyu təqdim edilir ki, bu menyuda yeməklərin tərkibi və kalorisi ilə taniş ola bilərsiniz.

Qeyd edək ki, kompleksin ətrafında 500 avtomobil üçün yer ayrılmişdır.

*

Bizim məşqçilərimiz

Bütün məşqçilər

image

Rəşad ƏbdürəhmanovÜzgüçülük

Üzgüçülük bölməsi üzrə Menecer.

image

Marina AydarovaFitnes

Fitnes meneceri

image

Azər BabayevÜzgüçülük

Su polosu üzrə məsqçi.

Tədbirlər

 

Bizimlə əlaqə

Thank you for contact us.

Ad,Soyad.:

Sizin e-mail:

Mətin:

Kodu daxil edin:
Код проверки
Ünvan:Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi 15
AZ1003 Bakı | Теl.: (012) 491 91 91

Xəritədə bax