Krossfit

Krossfit--bir seans cərcivəsində güc və funksional təlimlərin dəyişimi əsasında yaranan təlim üsulu və rəqabətli idman növüdür. İngilis adı olan CrossFit 2000 ci ildə  Qreq Qlassman və Loren Jenay tərəfindən yaradılmış ticarət nişanıdır

KrossFiti «daim yüksək tezlikdə keçirilən funksional təlim»məşq proqramı kimi təsvir etmək olar.Bu üsulun məqsədi insanin dözümlülük, güc, sürət ,ceviklik ,dəqiqlik, koordinasiya ,o cümlədən, ürək- damar və tənəffüs sisteminin yaxşilasmasına ,adoptasiyanin tezləşməsinə, ağırlıq dəyişmə və diğər  fiziki   inkişafinin formalaşmasına yönəlmişdir.KrossFit təlim programı metodu bütün idman növlərinə(müxtəlif hazırlıq səviyəsində olan insanlar üçün)uyğundur.

Bu  proqramda  qaçış(məsafəli qaçış),avarçəkmə (xüsusi trenajorlarla),tullanmaq (kəndirlə və maniyəli),kəndirlə dırmanma, sərbəst çəki ilə işləmək (qantelər ştanq sendbeq),üzüklərlə məşqlər və s. kimi fəaliyyət növləri cəmlənmişdir.Tipik məşq günündə baglı zala yüngül idman hərəkətləri, yeni hərəkətlərin  öyrənilməsi və düzəlişi, WOD, səhvlər üzərində işi daxildir.Beləliklə, səhvlər üzərində iş həm fərdi ,həm də kollektiv aparılır, belə ki KrossFit kollektiv işi təbliğ edir. WOD nəticələri ümumi tanişlıq məqsədi ilə lövhəyə yazilir və bu kollektivdə atletlərin öz nəticələrini yaxşılaşdirmaq üçün yaradılmış «yarış abu-havasını» dəstəkləyir

KrossFit proqramı ilə dünyada minlərlə sertifikatlaşdırılmış idman zalları işləyir.O cümlədən bir çox yanğın söndürmə xidməti,  güc strukturları, hüquq mühafisə orqanları öz şəxsi heyətinin hazırlıq proqramına KrossFiti daxil edir( xüsusilə Kanada və ABŞ).KrossFit Kanada silahlı qüvvələrinin, həmcinin Danimarka krallığının Leyb-Qvardiya-Alayınin  hazırlıq proqramına daxildir.

Eyni zamanda elə fikirləşmək lazım deyil ki, bu proqram yalnız yüksek hazırlıq səviyəli insanlar üçün nəzərdə tutulub, KrossFit yaxşı fiziki formada qalmaq istəyən hər kəsə tövsiyə olunur.

Krossfit müəyyən məşq kompleksi – qısa müddət ərzində yerinə yetirilməkdən ibarət olan dövrə məşqdir (yəni məşqlər daimi təkrar olunurlar). Krossfit digər məşqlərdən aşağıdakı xüssusiyyətlərinə görə fərqlənir:

1. Kompleks məşq bədənin güc, dözümlülük və çeviklik kimi fiziki keyfiyyətlərinin eyni vaxtda gücləndirilməsinə təsir göstərir. Bununla əlaqədar olaraq krossfit sistemi ilə hazirlıq adətən üç hissəyə bölünür: ağır atletika, gimnastika və kardio.

2. Bu məşqlərdə təcridi hərəkətlərdən istifadə edilmir. Krossfitdə məşqlər maksimal dərəcədə funksionaldır. Hazırlığa ağır atletik hərəkətlərin təməli daxildir. Həmçinin bura şəxsi çəki ilə olan hərəkətlər (Dirəklər, turnik, üzük, tullanmalar) və dözümlüyü artıran məşqlər də daxildir (qaçış, üzgüçülük, velosiped, ip, kardiotrenajorlar).

3. Krossfitdə yarış hərəktləri mövcud deyil. Hazırlıq müxtəlif məşq günlərində fərqli fiziki keyfiyyətlərin inkişafı üçün nəzərdə tutulur. Məsələn, güc və çeviklik, dözümlülük və cəldlik, dözümlülük və güc.


Bizimlə əlaqə

Thank you for contact us.

Ad,Soyad.:

Sizin e-mail:

Mətin:

Kodu daxil edin:
Код проверки
Ünvan:Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi 15
AZ1003 Bakı | Теl.: (012) 491 91 91

Xəritədə bax