Zumba

Zumba  — məşhur latınamerikan ritmləri əsasında qurulmuş, oynaq fitnes-proqramıdır. Müəllifi Kolumbiyalı fitnes-təlimatçl Alberto Peresdir.

Bu gün zumba- əsası ritmik hərəkətlər olan bu oynaq fitnes –proqram  xüsusi musiqi altında həyata keçirilir: salsanının  sadələşdirilmiş forması,merenqe,kumbi,reqetton və mambo qarışığı,rumba,flamenko və «kalipso» Bu proqram  bir qayda olaraq qrupda  xüsusi ayrılmiş yerdə keçirilir.  .Zumba məşqləri zamanı orqanizm mərkəzi sinir sistemini yormadan, müxtəlif dərəcəli intensivliklə yüklənir. Standart məşqlər 60 dəqiqə təşkil edir, lazım olan ritmi yiğmağa,sonra isə əzələləri dartmağa kömək edən  yüngül idman hərəkətləri ilə başlanıb  və sonlandırılaraq nəticələr möhkəmləndirilir.

Məşq bazası 4 blokdan ibarətdir: birinci-qızışmaq üçün başlanğıc,ikinci-rəqs elementlərinin  öyrənilməsi,üçüncü-rəqsin özü,dördüncü-yüngülləşmək və dartınmaq.

 Dərslər iki qrupa ayrılır: yeni gələnlər və təcrübəsi olanlar.

 Həmçinin rəqsin aşağıdakı növləri mövcuddur:uşaq zumba-fitnesi,tonus,su(hovuz). Zumba fitnes - bu əsasən aerobik təlimlərdir,yəni siz kardioməsqlərdən aldığınız effekti bundan ala bilərsiniz:ürək- damar sistemi fəaliyyətnin inkişafı. Bundan əlavə ,qaməti,kordinasiyanı yaxşılaşdırır, çünki rəqsə əsasən bədənin bir çox  hissələri hərəkət edir: əl,ayaq,baldır.

 Sizin əldə edəcəyiniz nəticə məşqlərin növündən və konkret hansı sahəyə yönlənməsindən asılıdır. Məşqlər ,adətən hərəkətlərin tez-tez dəyişməsi və sıçrayışların sayının sıxlığı ilə zəngindir. Bu bəzi plioometrik yüklənməni üstün tutaraq sinir sisteminin işini yaxşılaşdırır,partlayıcı gücü və sürəti artırır.

Əgər siz hazırlıqlı deyilsizsə,onda istənilən yük əzələ üçün çətin,həm də faydalı  olacaq. Proqramın necə dəyişəcəyi,bu yükün artan formada saxlanmağı  sizin inkişafı hansı sürətlə  hiss etmənizdən asılı olacaq,ya ümumiyyətlə olmayacaq. Adətən ,qruplara yeni başlayanlar səviyyəsində start verilir,mütəmadi olaraq, nisbətən  çətin komplekslərə keçilir,lakin bir çox zallarda qarışıq dərslərin  keçirilməsi təklif olunur.

 Nəhayət ,əzələlərin vəziyyəti və çəki itkisi sizin idmanla hansı tezlikdə məşğul olmağınızdan asılıdır. Həftədə bir saat  nəzərəçarpacaq nəticə üçün kifayət deyil.  Bununla yanaşı istənilən fiziki tapşırığın olması,onun ümumiyyətlə olmamasından yaxşıdır. Ona görə də, bütün bunlar sizin gücünüz daxilindədirsə,məşqlərdən imtina etməyin. 

 

 

 

 


Bizimlə əlaqə

Thank you for contact us.

Ad,Soyad.:

Sizin e-mail:

Mətin:

Kodu daxil edin:
Код проверки
Ünvan:Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi 15
AZ1003 Bakı | Теl.: (012) 491 91 91

Xəritədə bax