Cüdo

Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri çıxararaq yeni idman növünü yaratdı və ona "Cüdo" adını verdi. Yaponca CÜ-elastik, yumşaq, DO isə yol, prinsip deməkdir. Yeni güləş növünün sirrləri isə Ciqaro Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan"da öyrədilirdi. Kodokan ümumdünya cudo institutu olmaqla bu gün də dünyanın ən böyük cüdo mərkəzidir, yapon milli güləşini bütün dünyada təbliğ edən və yayan bir təşkilatdır.

Cüdoya tez bir zamanda geniş kütləni cəlb etmək üçün Kano müxtəlif üsullardan istifadə etmişdir. O, söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər. Beləliklə də, tez bir vaxt ərzində kodokanda cüdonun sirrlərini öyrənmək arzusunda olanların sayı durmadan artmağa başladı. Tezliklə Kanonun istedadlı tələbələri ciu-citsu və digər məktəblərin yetirmələri ilə təşkil olunan yarışlarda qələbələr qazanaraq cüdonun onlarla müqayisədə yüksəkdə olduğunu sübut etmişlər.

Qruplara 6 – 15 yaşadək uşaqlar qəbul olunur 

Qiymət: 50 AZN (bir aylıq)


Bizimlə əlaqə

Thank you for contact us.

Ad,Soyad.:

Sizin e-mail:

Mətin:

Kodu daxil edin:
Код проверки
Ünvan:Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi 15
AZ1003 Bakı | Теl.: (012) 491 91 91

Xəritədə bax